"MDB-də kreditlər üzrə itkiləri ən tez Azərbaycan bankları bağlayacaq"
COVID-19 pandemiyası fonunda MDB ölkələrində artmış problemli kreditlərin yaratdığı itkilər region banklarının kapitalının üçdə biri qədər azalmasına səbəb ola bilər.
Bu barədə "Moody's Investors Service" reytinq agentliyinin açıqlamasında deyilir.
Bildirilir ki, Rusiya və MDB ölkələrində pandemiyanın şoku və neftin ucuzlaşması fonunda kreditlərin dəyərsizləşməsi artacaq. MDB ölkələrində banklar problemli kreditlər səbəbindən yaranan itkilərini müxtəlif vaxtlarda bağlaya biləcək.
"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, MDB-də sözügedən itkiləri bağlamaq üçün ehtiyatları ən tez Azərbaycan bankları yaradacaq. Agentliyin proqnozuna əsasən, ölkədə ödəmə vaxtı keçmiş kreditlər səbəbindən yaranan itkiləri banklar təxminən yarım ilə bağlayacaq. Bu müddətin Ukraynada 7-8 ay, Rusiya və Qazaxıstanda 1 ilə yaxın, Belarus və Ermənistanda 1,5 il, Özbəkistanda isə 2 il çəkəcəyi güman edilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















