Expressbank-ın Gəncə filialı yeni ünvanda!
(®️) "Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi, gəncəlilər də öz rəşadət və qəhrəmanlıqlarını bir daha sübut etdilər. Biz də, Expressbank olaraq ölkəmizin ən qədim şəhərlərindən biri olan Gəncədə 10 ildən artıqdır ki, filialımızın fəaliyyət göstərməyindənxüsusi qürur duyuruq. İndi isə Expressbank, Gəncə şəhərində yerləşən filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim edib. Bankın yeni təmirdən çıxmış filialı daha geniş, işıqlı, rahat olması ilə yanaşı, burada həm də, xidmət və gözləmə vaxtlarının qısaldılması və bank xidmətlərinin daha əlçatan olması məqsədi ilə bir sıra əlavə tədbirlər görülüb".
Bu, Bankın yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, hər zaman xidmət səviyyəsinin keyfiyyəti ilə seçilən Expressbank-ın Gəncə filialı, fiziki və hüquqi şəxs müştərilərinə geniş çeşidli universal bank xidmətlərini təqdim edir. Belə ki, rahatlığı ilə yanaşı həm də, müasirliyi ilə seçilən bankın, bütün filiallarında olduğu kimi Gəncə filialında da, müştərilərə kassa hesablaşma əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal ödənişlər, pul köçürmələri, valyuta əməliyyatları, plastik kartların satışı da daxil olmaqla bütün bank xidmətləri göstərilir. Bundan əlavə, bankın Gəncə filialı hüquqi şəxs müştərilərinə bizneslərini inkişaf etdirmək məqsədi ilə sərfəli şərtlərlə, pandemiyadan zərər çəkmiş sahibkarlara isə subsidiyalı, yəni güzəştli kreditlər təklif edir.
Qeyd edək ki, Expressbank-ın yeni Gəncə filialı Atatürk pr., 2-ci dalan, 1 ünvanında yerləşir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
15 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
15 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















