"SOCAR-ın reytinqlərinin nəzərdən keçirilməsi dəyişiklik olacağına işarə deyil"
"Moody's" beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqlərinin dövri nəzərdən keçirilməsinin başa çatdırdığını elan edib.
Agentliyin yaydığı məlumata görə, "Moody's" bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli şirkətlərin maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.
Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu, heç də kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.
"Moody's" bildirir ki, SOCAR-ın "Ba2" korporativ ailə reytinqi ("corporate family rating") Azərbaycanın suveren reytinqi ilə eynidir. Neft şirkətinin avtonom kredit ödəmək qabiliyyətini əks etdirən baza kredit reytinqi (BCA) isə "b1" səviyyəsindədir.
Agentliyin gözləntilərinə görə, SOCAR-ın kredit göstəriciləri aşağı neft qiymətləri səbəbindən 2020-ci ildə zəifləməsinə baxmayaraq, davamlı əsasda BCA ilə mütənasib səviyyədə qalacaq. Qeyd edilir ki, BCA həm də şirkətin konsolidasiya edilmiş gəlirliliyini və leverecini azaldan iri ticarət əməliyyatlarını da nəzərə alır.
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
-
12 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 18 d. əvvəl
-
46 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub





















