Kapital Bank Qarabağ ilə bağlı planlarını açıqladı - MÜSAHİBƏ
Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq”2020-ci ilin sentyabr ayının 27-dən sonrakı 44 gün hər bir azərbaycanlının həyatında mühüm, 30 ildir gözlədiyi, heç zaman unudulmayacaq bir günlərə çevrildi. 8 noyabr tarixində isə qədim Şuşa şəhərimiz düşmən tapdağından azad olundu və həmin gün şanlı tariximizin səhifələrinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Müharibə bitsə də, yaxın gələcəkdə bizi çox böyük işlər gözləyir. Düşmən tərəfindən darmadağın edilmiş rayonlarımızı yenidən qurub, dirçəltməliyik. Təbii ki, infrastruktur layihələri sırasında banklar da mühüm yer tutur. Buna görə də ölkənin birinci bankı olan Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyevlə onların görəcəyi işlər barədə danışdıq.
-Rövşən müəllim, 2020-ci il asan il hesab olunmasa da, ilin sonu müzəffər ordumuzun möhtəşəm qələbəsi ilə yekunlaşdı. Hamı bilir ki, Kapital Bank ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik maliyyə qurumudur. Bəs işğaldan azad olunan rayonlarda, şəhərlərdə yeni filiallarınız fəaliyyət göstərəcəkmi?
-Həqiqətən də 2020-ci il nəinki Azərbaycanda, bütün dünyada çox çətin keçdi. Mart ayından başlayaraq ölkədə pandemiya şəraiti başladı, xüsusi karantin rejimi elan olundu. Təbii ki, müəyyən çətinliklər oldu. Lakin birlik olan yerdə hər bir çətinliyin sonunda qələbələr, nailiyyətlər olur. 2020-ci ili də məhz belə illərdən hesab etmək olar.
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.
Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımız azad olundu. Məhz bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İlk növbədə bütün oxucuları, xalqımızı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Hamınızın gözü aydın olsun! İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir.
O ki qaldı sualınızın ikinci hissəsinə, həqiqətən də Kapital Bank ölkə üzrə ən geniş filial şəbəkəsinə malik bankdır. Biz 121 filial və şöbələrimizdə müştərilərimizə keyfiyyətli xidmət göstəririk. Bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Misal olaraq bizim Qubadlı filialı 2000-ci ildən Sumqayıtda, Şuşa filialımız da həmin ildən Bakının 8-ci mikrorayonunda fəaliyyət göstərir. Biz mütləq həmin filialları adlarını daşıdıqları rayonlara, şəhərlərə köçürəcəyik və başqa yeni filiallar da açacağıq.
-Bununla bağlı hazırda hansı işlər görülür?
-Bildiyiniz kimi, «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən hazırda bu ərazilərdə infrastrukturun tam bərpası istiqamətində işlər həyata keçirilməyə başlanıb. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan rayonlarda, şəhərlərdə və qəsəbələrdə yeni layihələrin tətbiq ediləcəyini bildirir. Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq. Təbii ki, biz də mümkün qədər qısa zaman ərzində bu filialları adlarını daşıdıqları rayonlara köçürəcəyik. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb və dövlət orqanları tərəfindən müvafiq yerlərdə şərait yaradılan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.
-Kapital Bank, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bunun üçün filial şəbəkəsi ilə yanaşı geniş bankomat şəbəkəsinin də mövcudluğu əsas amil hesab olunur. İşğaldan azad olunan rayonlarda bankomat şəbəkənizi də inkişaf etdirəcəksinizmi?
Biz artıq bu istiqamətdə bir sıra mühüm işlər həyata keçirməyə başlamışıq. Bildiyiniz kimi, işğaldan azad olunan torpaqlara mülki əhalidən əvvəl hərbçilər, sərhədçilər, polislər və digər güc strukturlarının əməkdaşları ezam olunur. Qeyd etdiyim strukturların əməkdaşları məvaciblərini Kapital Bank kartları vasitəsilə alırlar. Bu səbəbdən də biz filiallardan əvvəl həmin ərazilərdə bankomatlar quraşdırıracağıq. Bununla yanaşı gələcəkdə Kapital Bank-ın yeni ödəniş terminallarını da ölkənin bütün regionlarında olduğu kimi, işğaldan azad olunan ərazilərdə də quraşdırılacaq. Ali Baş Komandan demişkən, bizi növbəti illərdə çoxlu yenidənqurma və bərpa işləri gözləyir. Düşmən barbarlığı nəticəsində viran qoyulmuş rayonlarımızı, şəhərlərimizi, kəndlərimizi və qəsəbələrimizi yenidən qurmalıyıq, dirçəltməliyik. Biz də Kapital Bank olaraq bu işlərə öz töhfəmizi verməyə hazırıq.
Sonda bütün Azərbaycan xalqını, milyonlarla müştərilərimizi uğurla yekunlaşdırdığımız 2020-ci ilin bitməsi və bizə böyük vədlər verən 2021-ci ilin gəlişi münasibətilə təbrik edirəm, bütün işlərdə uğurlar arzulayıram.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
41 d. əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
1 saat əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
1 saat əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
-
2 saat əvvəl
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
3 saat əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Ən çox oxunanlar
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb





















