“Sahibkarlar banklardan faizsiz kredit istəyir”
“Ötən il biz 500 şirkət arasında sorğu keçirmişdik və bu sorğu nəticəsində bir çox maraqlı məsələlərlə qarşılaşdıq”.
Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katib əvəzi Kristina Məmmədova “Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağı 2020” tədbirində qeyd edib.
K.Məmmədovanın sözlərinə görə, sahibkarlar iki əsas məsələ ilə bağlı narahatlığını ifadə edib:
“Bu sorğu həm iri, həm orta, həm də kiçik sahibkarlar arasında keçirmişik. İki əsas məsələdə sahibkarlar narahatlıqlarını ifadə etdilər. Onların 70-80 %-i kadr çatışmazlığından narahat idi. Amma 90 %-ə qədər isə sahibkar maliyyə resurslarına əlçatanlığın olmamasından şikayətlənirdilər. Burada bir məsələ də var ki, sahibkarlar özləri kifayət qədər məlumatlı deyil. Onlar əsasən kreditləri düşünür. Digər maliyyə alətlər haqqında məlumatlı deyillər”.
ASK rəsmisi qeyd edib ki, sahibkarların bir çoxu maliyyə sisteminin yalnız mühasibatlıqdan ibarət olduğunu düşünürlər və bəziləri faizsiz kredit arzusundadır:
“Bir çoxu maliyyə mövzusunda danışanda fikirləşir ki, bir mühasib tutarıq və işimizi həll edərik. Biz də çox mühasiblər tanıyırıq ki, onlar mühasibatlıq ixtisasına malik deyillər. Bir çox hallarda isə ilin sonunda müəyyən problemlərlə üzləşirlər.
Biz bir müddət əvvəl banklarla bir tədbir keçirirdik və 10-15 illik təcrübəsi olan sahibkarlar bizə müraciət edirdi ki, banklar onlara 0 %-li kreditlər versin. Bu onu göstərir ki, onlar bank-maliyyə sistemi haqqında məlumatsızdırlar. Ona görə də maarifləndirmə işlərini davam etdirmək lazımdır”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)









.jpg)








