Yeni formatda keçirilən "DevOpsDays Baku 2020" başa çatdı
19 dekabr 2020-ci il tarixində İT sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün beynəlxalq “DevOpsDays Baku 2020” tədbiri keçirildi. PAŞA Bankın və SUP.VC Akselerasiya Mərkəzinin əməkdaşlığı ilə təşkil olunan tədbirin əsas partnyoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
Konfrans 10-dan çox ölkədən 3000-ə yaxın mütəxəssisin marağını cəlb edib. Tədbirə 7 müxtəlif ölkədən 13 spiker qatılıb.
Tədbirdə çıxış edən yerli və xarici ekspertlər, o cümlədən PAŞA Bankın Rəqəmsal Laboratoriyasının Rəqəmsal Mühəndislik şöbəsinin mütəxəssisləri həm texniki həm də qeyri-texniki mövzuları müzakirə ediblər. Texniki mövzulardan “Mikroservis arxitekturası”, “Ümumi DevOps tətbiqi”, “Kubernetes”; qeyri-texniki mövzulardan isə “DevOps mədəniyyət olaraq”, “Agile üslubda işin təşkili”, “Mühəndisin inkişafı”, “Soft bacarıqlar” başlığında olan mövzular ilə spikerlər öz biliklərini, təcrübələrini paylaşıblar.
Qeyd edək ki, “DevOpsDays” konfransı 10 ildən artıqdır ki dünyanın müxtəlif ölkələrində və məkanlarında baş tutur. Bu il pandemiya ilə əlaqədar tədbir yeni formatda, onlayn rejimdə keçirilmişdir.
Tədbir haqqında daha ətraflı məlumat: https://devopsdays.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





