“P-Aqro” MMC-nin Salyan filialı respublika üzrə birincidir
Pambıqçılıq sahəsində fəaliyyət göstərən "P-Aqro” MMC şirkətinin Salyan filialının bu il göstəriciləri daha ürəkaçandır.
Marja xəbər verir ki, 2 min 150 hektar sahədən 9 min 96 ton pambıq əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 42 sentnerdən çox olmuşdur. Ümumi məhsulun 90 faizi maşınlarla yığılmışdır.
"P-Aqro” MMC Salyan filialının əldə etdiyi bu göstərici respublika üzrə ən yaxşı nəticədir. Belə bir uğurun əldə edilməsində ayrı-ayrı sahibkarların əməyi böyük olmuşdur. Onlardan biri Sarvan kənd sakini Adıgözəl Əliyevdir. O, hər hektardan 52 sentner "ağ qızıl” əldə edib.
Ramil Rəhimov və Zabil Əliyev də filial üzrə yüksək göstərici əldə edən fermerlərdəndir. Onlar müvafiq olaraq hər hektardan 50 və 45 sentner məhsul götürüblər. Digər mülkiyyətçilərin uğurları da yaxşıdır. Bu isə xoş güzəran üçün başlıca şərt olan gəlirlərin də yaxşı olması deməkdir.
Beləcə, filialın kollektivi 2020-ci ili uğurla başa vurur. Onlar indi növbəti ilin bol məhsulu üçün götür-qoy edir, tədbirlər görürlər. Artıq 1000 nəfərdən çox sahibkar gələn il pambıq əkmək qərarına gələrək müəssisə ilə müqavilə bağlamışdır. Müqavilələrin sayı artmaqda davam edir.
"P-Aqro” MMC-nin Salyan filialına Mərdan Cəlilov rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







