“Bu layihə qaza qənaət etməyə imkan verəcək”
“Bu gün Azərbaycan Prezidentinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi tam təmin olunub”.
Bunu Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimində çıxış edən “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
B.Rzayevin sözlərinə görə, pandemiya səbəbindən layihənin icrası geciksə də, rəhbərlik etdiyi qurum öz öhdəsinə düşən işlərin icrasını vaxtında həyata keçirib:
“ACWA Power” şirkəti tərəfindən inşa ediləcək qoyuluş gücü 240 MVt oaln elektrik stansiyası 102 MVt gücündə olan “Pirəküşkül KES” – “Yaşma” yarımstansiyasına, 138 MVt gücündə olan “Xızı KES” isə yeni inşa edilən Qobu yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.
İmzalanan müqavilələrə əsasən, şirkət tərəfindən inşa ediləcək 240 MVT gücündə elektrik stansiyasının şəbəkəyə qoşulması və stansiyada istehsal olunacaq elektrik enerjisinin alınması “Azərenerji” tərəfindən həyata keçiriləcək.
Bu layihənin həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək, ekologiyaya müsbət təsir göstərəcək.
Ümid edirəm ki, bu layihə şirkətlərimiz arasında uzunmüddətli və uğurlu əməkdşalığın təməlini qoymaqla yanaşı, Azərbaycan enerji sektoruna başqa investorların da maraq göstərməsinə səbəb olacaq”.
“Report”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















