Rusiyadan pomidor icazəsi alan 15 şirkət və 1 fərdi sahibkar
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr nəticəsində 1 yanvar 2021-ci il tarixindən daha 15 müəssisədən - "Binə Aqro" QSC, "AQROSELL" MMC, "Bakı Aqropark" MMC, "EKO AQRO" MMC, "Zirə Aqrokompleks" MMC, "BQ AQRO" MMC, "Gözəl Təbiət" MMC, "AGRO ART" MMC, "AQRO-FAVORİT" MMC, "Binə İstixana Kompleksi" MMC, "SHAMKİR GREENHOUSE" MMC, "GREEN TECH" MMC, "BAKİNSKİ" MMC, "POZİTRON" MMC və Əhmədova Aida Cavad qızına məxsus müəssisələrdən Rusiyaya pomidor ixracına icazə verilib.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 17 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Bununla da ölkəmizdən Rusiya Federasiyasına pomidor ixracına icazə verilən müəssisələrin sayı 32-yə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 23 d. əvvəl
- 39 d. əvvəl
-
40 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
51 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)







.jpg)





