Dollar ucuzlaşır və Bitkoin bahalaşır
Beynəlxalq valyuta birjalarında investorların son günlər diqqət mərkəzində olan əsas hadisələr "OPEC Plus"-un qərarı, ABŞ-da Senat seçkiləri, Avropa və İngiltərədə karantin tədbirlərinin sərtləşdirilməsi, müddətinin uzadılması, mərkəzi bankların yeni ildə siyasətləri fonunda ehtimallar, inkişaf etmiş ölkə iqtisadiyyatlarına dair dərc edilən fundamental göstəricilər, dolların ucuzlaşması və bitkoinin bahalaşmasıdır.
ABŞ Konqresində Senatda son iki yer uğrunda keçirilən seçkilərin nəticələri açıqlanmasa da, "OPEC" və digər neft ölkələri günlük neft hasilatının fevral ayında 75 000 barel artırılmasında razılaşıblar. Mart ayında da hasilatın müvafiq olaraq artırılması qərarı verilib.
İngiltərə koronavirus infeksiyalarının artması səbəbilə karantin tədbirlərini fevral ayının ortalarına kimi uzadıb və ölkə iqtisadiyyatına dəstək olmaq üçün 4.6 milyard funt əlavə dövlət yardımı ayırıb. Almaniya da sosial və iqtisadi məhdudiyyətlərin müddətini ayın sonuna kimi uzadıb.
Bununla yanaşı, Almaniyada işsizlik, ABŞ-ın sənaye sektorunda biznes aktivliyi indeksi sürpriz olaraq artıb, Kanadada xammal qiymətlərində aylıq artım dinamikası yüksəlib.
Bütün bunlar EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmasına təsir edib və bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Maliyyə bazarlarında mərkəzi bankların 2021-ci ildə də yumşaq monetar siyasətlərinə davam edəcəkləri gözlənilir. Bu isə əlvan metallar bazarlarında qızılın son bir ay ərzində 11% dəyər qazanmasına səbəb olub. Cari həftə ərzində inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına dair fundamental göstəricilərin müsbət yayımlanması, bu ehtimalların qismən azalmasına da təsir etməkdədir.
Kriptovalyuta birjalarında isə BTC/USD məzənnəsi bahalaşmaqda davam edir. Son bir il ərzində 850%, son bir ya ərzində 121% dəyər qazanan bitkoin, hazırda 35830$-ın üzərində ticarət edilir. Bahalaşmaya səbəb isə özəl şirkətlərin kriptovalyutalara olan marağının, investisiyalarını artması və xidmətlərini bu sahədə genişləndirmələridir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)





