Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
(®️) Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.
Belə ki, e-Commerce sahəsində Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlara, dövriyyələrindən asılı olaraq xidmət komissiyalarına 0,7%-dən başlayan tariflər təqdim edilir. Bundan başqa xidmətə qoşulma, aylıq/illik xidmət haqqı, texniki dəstək, Müştəri Bank sisteminə qoşulma tam olaraq pulsuz təqdim edilir.
Müraciət etmək istəyənlər (+994 50) 245 10 60, (+994 51) 206 52 49 nömrələri və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər. Xidmətlər barədə ətraflı məlumatı saytdan əldə etmək olar – https://kbl.az/e-commerce.
Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
-
9 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 13 d. əvvəl
-
20 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün reytinqini yaxşılaşdırıb
- 33 d. əvvəl
-
50 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 55 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün reytinqini yaxşılaşdırıb
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb




























