Daha bir qlobal bank Türk Lirəsinin bahalaşacağını təxmin edir
UBS, dollar/TL məzənnəsinin 2021-ci ildə 7 səviyyəsinə qədər geriləyəcəyini, sonra yüksələcəyini nəzərdə tuturİsveçrə bankı UBS, dollar/Türk Lirəsi (TL ) məzənnəsinin 2021-ci ilin ikinci rübünün sonunda 7.00 səviyyəsinə qədər düşəcəyini gözləyir. Sonra isə bankın proqnozu yüksəliş baş verəcəyi istiqamətindədir.
Marja xəbər verir ki, Bankın dollar/TL üzrə rüb sonu təxminləri birinci, ikinci, üçüncü və dördüncü rüblər üçün müvafiq olaraq 7.10, 7.00, 7.30 və 7.60-dır.
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) pul siyasətini sərtləşdirməsi və qlobal bazarlarda dolların zəif olması ilə Lirənin keçən həftələrdə dəyər qazandığını qeyd edən UBS, inflyasiya ilə mübarizə mövzusundakı dayanıqlılığın və qlobal dinamikaların Türk lirəsini dəstəkləməyə davam edə biləcəyini hesab edir.
Lirənin dollar qarşısında ötən ili 20% ucuzlaşma ilə başa vurduğuna toxunan UBS, Noyabr ayında Türkiyədə iqtisadi komandada həyata keçirilmiş vəzifə dəyişikliklərinin makro siyasətdə yaxşılaşmanın təməllərini yaratdığını qeyd edərək, bu il Lirənin daha yaxşı bir performans göstərməsini gözləyir.
Xəbər verdiyimiz kimi, Avropanın ən böyük bankı HSBC 2021-ci il sonuna dollar/TL məzənnəsi üzrə proqnozunun 7,10 olduğunu bildirən Bank, tam bir normallaşma vəziyyətində məzənnənin 6,50 səviyyəsinə qədər geriləyə biləcəyini nəzərdə tutur.
HSBC, Türk Lirəsinə qarşı dollar satılması tövsiyəsini edib, 7,10 hədəf səviyyəsilə dollar/TL-də qısa mövqe açıb. Qiymətləndirmədə zərəri dayandır səviyyəsi olaraq 7,53 təyin olunub.
Hollandiyanın maliyyə qurumu "Rabobank" önümüzdəki aylarda dolar/TL məzənnəsinin 7 səviyyəsindən aşağı düşməsini gözləyir.
Böyük Britaniyanın maliyyə şirkəti "Barclays" inflyasiyanın Türkiyədə 14% ətrafında qalacağını, 2021-ci ilin sonunda dollar/TL proqnozunun 8.40 lirə olduğunu açıqlayıb. Bankın analitikləri hesab ediblər ki, Türkiyə Mərkəzi Bankı məzənnənin 7 səviyyəsindən aşağı enməsinə imkan verməyəcək.
Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 7,33 səviyyələrindədir. Bu gün Lirə Dollar qarşısında 0,7% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)



















.jpg)