"300 dollardan artıq olan mallar üçün gömrük ödənişləri ödəniləcək"
İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Bu, Dövlət Gömrük Komitəsinin Kollegiyasının “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tələb 8 yanvar 2021-ci ildən qüvvəyə minib.
Yanvarın 8-nə qədər qüvvədə olan Qaydalara əsasən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödənilməli idi.
Dövlət Gömrük Komitəsi Kollegiyasının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarına uyğun olaraq belə bir qərar qəbul etdiyi qeyd olunub. Nazirlər Kabinetinin qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
29 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
32 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 57 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!


























