“AFB Bank” 2020-ci ili 5 milyon manatdan çox xalis mənfəətlə bağlayıb
“AFB Bank” ASC 2020-ci ili 5 milyon 388 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ildə “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 35 milyon 158 min manat, cəmi əməliyyat xərcləri 20 milyon 473 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 14 milyon 685 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 7 milyon 995 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 1 milyon 300 min manat mənfəət vergisi ödəyib. Beləliklə, AFB Bank ötən ili 5 milyon 388 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə AFB Bankın cəmi əməliyyat gəlirləri 40 milyon 253 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 268 min manat, əməliyyat mənfəəti isə 16 milyon 985 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 9 milyon 647 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 1 milyon 94 min manat mənfəət vergisi ödəmişdi. Beləliklə, AFB Bank 2019-cu ili 6 milyon 243 min manat xalis mənfəətlə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























