Bank BTB-nin əməliyyatı mənfəətdə qalıb– MALİYYƏ VƏZİYYƏTİ
Bank BTB 2020-ci ili 2 milyon manata yaxın əməliyyat mənfəəti ilə başa vurubBank BTB 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Ötən il Bankın gəlirləri artıb.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə Bank BTB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 31 milyon 138 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 194 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 944 min manat əməliyyat mənfəəti yaranıb. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 11 milyon 75 min manat ayırdığından ötən ili 9 milyon 130 min manat xalis zərər ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Bank BTB-nin cəmi əməliyyat gəlirləri 28 milyon 814 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 157 min manat, əməliyyat mənfəəti 2 milyon 657 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatlardan azad olmuş 4 milyon 865 min manat da mənfəətə əlavə edilmişdi. Bu səbəbdən Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il Bank BTB-nin əməliyyat gəlirləri 2 milyon 324 min manat, əməliyyat xərcləri isə 3 milyon 37 min manat artıb. Ötən il xərclərin gəlirlərdən daha çox artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti 713 min manat daha az olub.
2020-ci ildə Bank BTB-nin xalis zərərinin yaranması xərclərinin artması vəbankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayırması ilə əlaqədardır. 2019-cu ildə isə ehtiyatlardan azad olmuş vəsait mənfəətə əlavə edilmişdi.
2019-cu illə müqayisədə 2020-ci ildə Bank BTB-nin faiz gəlirləri 4 milyon 30 min manat artıb.
BANKIN AKTİVLƏRİ ARTIB
31 Dekabr 2020-ci il tarixində Bank BTB 356 milyon 137 min manat cəmi aktivlərə, o cümlədən 206 milyon 96 min manat xalis kredit portfelinə malik olub. Bank 2019-cu ilin sonunda 341 milyon 542 min manat cəmi aktivlərə, o cümlədən 206 milyon 649 min manat xalis kredit portflinə malik idi. Bankın aktivlərinin artması, əsasən, qiymətli kağızlara investisiyaların və digər banklarda depozitlərin artırılması ilə əlaqədardır.
Ötən il Bank BTB-nin digər banklardakı depozitləri 8 milyon 671 min manat və ya 67% artaraq 21 milyon 594 min manata yüksəlib.
Ötən il Bank BTB-nin qiymətli kağızlara investisiyaları isə 6 dəfə artaraq 15 milyon 38 min manata çatıb.
DEPOZİTLƏR ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə Bank BTB-də depozitlər 6 milyon 3 min manat və ya 4,5% artaraq 139 milyon 347 min manata yüksəlib.
2020-ci ilin sonunda Bank BTB52 milyon 727 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 62 milyon 99 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın azalması - gələcəkdə yarana biləcək potensial risklərin qarşılanması məqsədi ilə bank tərəfindən mühafizəkar yanaşma tətbiq edilərək ehtiyat yaradılması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
5 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















