Azəri-Çıraq-Günəşlidən hasilat azalıb
Azəri-Çıraq-Günəşlidən (AÇG) illik hasilat 2.4 milyon ton azalıb.
Marja “BP-Azərbaycan” şirkətinin “Biznes əməliyyatları 2020” hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 26 milyon ton olmuş hasilat 2020-ci ildə 23,6 milyon ton təşkil edib.
Hesabatda qeyd edilib ki, 2020-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (134 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (89 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (54 000) platformalarından birlikdə – gündə orta hesabla 535 000 barel və ya ümumilikdə 195 milyon bareldən artıq, yəni 26 milyon ton olmuşdu.
İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda idi.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)





.jpg)






