Peşəkar mühasib olmaq istəyənlər “PMS İnformasiya Mərkəzi”nin xidmətlərindən faydalana bilərlər
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “PMS İnformasiya Mərkəzi” yaradılıb.
Nazirlikdən Marja-ya daxil olmuş məlumata görə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını(PMS) alan və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər peşəkar mühasib kimi dövlət reyestrinə daxil ediləcəklər. “PMS İnformasiya Mərkəzi” Peşəkar mühasib sertifikatının (PMS) əldə edilməsi, imtahanlarda iştirak qaydaları və qanunvericilikdən irəli gələn digər hallarla bağlı mühasiblərə dəstək olur. Onların mövzu ilə bağlı sualları Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin və Maliyyə Elm-Tədris Mərkəzinin bu sahədə ixtisaslaşmış əməkdaşları tərəfindən cavablandırılır (tel: 012 404 81 50).
Məqsəd mühasiblərin peşəkarlığının artırılmasına dəstək verməkdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
- 27 d. əvvəl
-
36 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Ən çox oxunanlar
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb























