Avro/Dollar məzənnəsi 1.10 səviyyəsinə yaxınlaşıb
Dollar Beynəlxalq bazarlarda ABŞ məşğulluq göstəricisi və Bazar günü Fransada keçiriləcək prezident seçkisi öncəsi Avro qarşısında ucuzlaşır.
"Marja" xəbər verir ki, Avro/Dollar məzənnəsi 1.10 səviyyəsinə yaxınlaşıb. Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.0987 səviyyəsinə qalxıb.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Bazar gün Fransada keçiriləcək seçkidə Avropa Birliyi əleyhdarı Le Penin uduzacağı və iqtisadi inkişif tərəfdarı olan Makronun qalib gələcəyi gözlənilir. Dollar gələn Bazar ertəsi günü Dollar qarşısında daha da ucuzlaşa bilər.
Lakin növbəti günlərdə yenidən Dolların bahalaşmağa başlayacağı ehtimal edilir. Çünki Fed-in Aprel ayı toplantısında verdiyi bəyanatdan sonra, İyun ayında faizin artırılacağı ehtimalı bir həftə əvvəlki 64% səviyyəsindən 80%-ə qalxıb.
İyun ayında Fed-in faizi artıracağına dair gözləntilərin artıb. Buna yüksələn inflyasiya və artan məşğulluq dəstək verə bilər.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaqdır. ABŞ-da Apreldə məşğulluğun 185 min artacağı gözlənilir. Martda məşğulluq 98 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Apreldə 4,6%-ə qalxacağı proqnozlaşdırılır. Martda işsizlik 4,5% təşkil etmişdi.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Kənd təsərrüfatı xaric məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















