"Kotirovkalar da elektron portal vasitəsilə keçiriləcək"
Azərbaycanda kotirovka sorğuları da elektron portal vasitəsilə keçiriləcəkdir.
Marjanın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
""Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi qəbul edildikdən sonra kotirovkalar da elektron satınalmalar (E-satınalma) portalı vasitəsilə aparılacaqdır. Kotirovka sorğularının da portal vasitəsilə aparılması elektron satınalmaların həcminin artmasına səbəb olacaqdır. Çox qısa müddətdə qanunvericiliyə dəyişiklik ediəcək, ola bilsin gələn ayın sonundan bu dəyişiklik qəbul ediləcəkdir. Qüvvədə olan qanunvericilikdə müddətlər uzundur və ya göstəriliməyib. Buna görə boşluqlardan sui-istifadələr edilir",- Məmməd Abbasbəyli deyib.
Xidmətin rəis müavini əlavə edib ki, kotirovka sorğusunun məbləği 100 min manatadək artırılacaqdır.
Məmməd Abbasbəyli söyləyib ki, tenderlərin iştriak haqları da optimallaşdırılacaqdır.
Qeyd edək ki, 50 min manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5 min manatdan 50 min manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayyət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər.
Hazırda yalnız satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində (5.7 milyon manat) və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Məmməd Abbasbəyli qeyd edib ki, 2020-ci ildə cəmi dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat, o cümlədən elektron satınalmaların həcmi 930 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








