"Bloomberg" manatdan yazdı
Regionun milli valyutaları arasında ABŞ dollarına qarşı ən çox ucuzlaşan gürcü larisidir.
Son 1 ayda Gürcüstanın milli valyutası dollara qarşı 11,82% zəifləyib.
Qeyd edilən müddət ərzində türk lirəsi dollara nisbətən 5,12%, manat 4,33%, Ermənistan dramı 0,31% ucuzlaşıb.
Rusiya rublu isə bahalaşan neft fonunda dollara qarşı 3,33% möhkəmlənib.
Qeyd edək ki, ötən gün lariyə qarşı 3,23% bahalaşan manat bu gün də tendensiyanı qoruyub. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi məzənnəyə əsasən, bu gün gürcü larisi manata qarşı 0,41% ucuzlaşaraq 0,6261 manat olub.
Ötən gün Gürcüstan Milli Bankının yaydığı açıqlamada deyilib ki, larinin sürətlə dəyərdən düşməsi dolların bahalaşması və türk lirasının zəifləməsi ilə əlaqədardır.
"Fundamental faktorlara baxmayaraq, bizim ilkin qiymətləndirmələrimizə görə, larinin hazırkı dəyərsizləşməsi rasional gözləntilərdən daha çox olub", - deyə tənzimləyicinin açıqlamasında bildirilib.
Dollar təxminən 0,06 lari bahalaşaraq 2,7412 lari səviyyəsinə çatıb ki, bu da Gürcüstanın milli valyutasının dövriyyədə olduğu müddət ərzində antirekord hesab olunur. Valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2,80-2,81 lariyədək yüksəlib.
Bunu nəzərə alaraq Milli Bank qeyd edir ki, milli valyutanın məzənnəsindəki kəskin təlatümlərin qarşısını almaq üçün sərəncamında olan bütün alətlərdən istifadə edəcək. "Larinin məzənnəsi fundamental faktorlara əsaslanmalıdır", - deyə açıqlamada vurğulanır.
Bəyanatda həmçinin vurğulanıb ki, yüksək inflyasiya riski yaranarsa, monetar siyasət sərtləşdiriləcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı oktyabr ayının 12-dən etibarən intervensiyaları dayandırıb. Bundan sonra lari dollara nisbətən 17,3% ucuzlaşıb. Noyabr ayı ilə müqayisədə isə Gürcüstanın milli valyutası 56% dəyərsizləşib.
Tənzimləyici cari ilin əvvəlindən 23 intervensiya həyata keçirərək 240 mln. dollar satıb və 278,35 mln. dollar alıb. Düzdür, valyuta alışı mart ayının ortasından avqustun sonunadək davam edib ki, bu da larinin möhkəmlənməsinə paralel baş verib.
Bir həftə əvvəl Gürcüstan Milli Bankı uçot dərəcəsini dəyişməyərək 6,5% səviyyəsində saxlayıb. Uçot dərəcəsi ilə bağlı növbəti qərar 2017-ci ilin yanvar ayının 25-də veriləcək.
Noyabrda illik inflyasiya 0,2% təşkil edib ki, bu da tənzimləyicinin hədəf göstəricisindən yüksəkdir. Ümumilikdə, Gürcüstan Milli Bankı cari ildə inflyasiyasının 5%, gələn il isə 4% olacağını proqnozlaşdırır.
©APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























