Ötən il dövlət 6,6 milyard manatlıq satınalma həyata keçirib
2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat, o cümlədən müsabiqə əsasalı satınalmaların həcmi 3 milyard 500 milyon manat təşkil edib.
Marjanın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Onun təqdimatına görə, 2019-cu illə müqayisədə 2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 847 milyon manat vəya 14,8%, o cümlədən müsabiqə əsasalı satınalmaların həcmi isə 832 milyon manat və ya 31,2% artıb.
Ötən il elektron satınalmalar (E-satınalma portalı üzərindən) 930 milyon manat təşkil edib ki, bu da ümumi satınalmaların 14%-nə bərabərdir.
3,5 milyard manatlıq müsabiqə əsasalı satınalmaların 1 milyard 236,1 milyon manatını təkliflər sorğusu, 1 milyard 222,9 milyon manatını açıq tender, 930 milyon manatını elektron satınalmalar, 111,5 milyon manatını kotirovka sorğuları təşkil edib.
Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90%-dən çox təşkil edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 3 saat sonra
-
40 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN














.jpg)






