Meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Mayın 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Görüşdə sahibkarlarla yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları da iştirak edib. Məqsəd sahibkarları Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlı bu ölkənin tətbiq etdiyi yeniliklərlə tanış etmək olub.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə göstərilən dəstək, onların qarşılaşdıqları problemlərin operativ şəkildə həllini tapması üçün görülən işlərdən danışılıb və bir müddət əvvəl Rusiya Federasiyasına pomidor məhsulunun ixracı ilə bağlı göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb.
Daha sonra Komitə rəsmisi Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları, xüsusilə pomidorla bağlı bu ölkə tərəfindən tətbiq olunan normalar və yeniliklər barədə sahibkarları ətraflı məlumatlandırıb. Bildirilib ki, qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı zamanı qaydalara əməl edilməsi ümumi işə fayda gətirəcək. O da vurğulanıb ki, bu istiqamətdə Dövlət Gömrük Komitəsi və onun əlaqədar qurumları daim sahibkarları dinləməyə, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazım olan dəstəyi göstərməyə hazırdır.
Tədbirdə sahibkarlar adından çıxış edən Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 4 d. əvvəl
-
15 d. əvvəl
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
- 22 d. əvvəl
- 32 d. əvvəl
- 42 d. əvvəl
-
46 d. əvvəl
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bankdan ilk dəfə kredit götürən müştərilər üçün “Xoş Gəldin” kampaniyası!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
VTB (Azərbaycan) kredit kampaniyasına start verib!
Bank “YAŞAT” Fonduna 100 000 manat ianə edib
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar
Pakistanın Baş naziri Azərbaycana səfərə gəlib
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib
Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir
"2500 manat maaş alanlar kifayət qədər çoxdur. 3% vergi o qədər də böyük məbləğ deyil" - Nazir müavini
GAC-də fürsətlər hələ davam edir










.jpg)









