“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!
Sumqayıt Texnologiyalar Parkı Sənaye sektorunda kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021” layihəsinə başlayır!Sumqayıt Texnologiyalar Parkı (STP) “STP Təcrübə Proqramı - 2021” ödənişli təcrübə proqramına start verir.
STP-nin əsas strateji hədəflərindən biri sənaye sektorunda kadr potensialının artırılması, peşəkar mütəxəssisləri yetişdirməklə qeyri-neft sektorunun əmək bazarına öz töhvəsini verməkdir.
Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində gənclər Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı olan sənaye müəssisəsində yerli və xarici peşəkarlarla birgə təcrübə keçmək və çalışmaq imkanını əldə edəcəklər.
Təcrübə proqramı STP, onun Biznes Vahidləri və Birgə müəssisələrində 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir.
Müraciət edən namizədlər əvvəlcədən elan olunmuş meyarlar əsasında seçiləcək. 6 aylıq təcrübə müddətində xüsusi fərqlənmə göstərən iştirakçılar STP-nin tərəfdaşları olan Türkiyənin iri sənaye müəssisələrində təcrübə qazanmaq şansını əldə edəcəklər.
Sumqayıt Texnologiyalar Parkı təcrübə proqramına aktiv, məsuliyyətli və nəticəyönümlü, yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli, komandada işləmə bacarığına malik gəncləri toplamaq niyyətindədir.
Xatırladaq ki, hazırda Texnoparkın mövcud əməkdaşlarının 5%-i STP-nin təcrübə proqramlarının uğurlu məzunlarıdır. Belə ki, savadı, bacarığı və işləmək həvəsi yüksək olan, müəssisəmizə faydalı ola biləcək hər kəsin STP-də çalışmaq imkanı mövcuddur.
“STP Təcrübə Proqramı - 2021” layihəsində iştirak etmək istəyən namizədlər müraciət qaydaları, təcrübə üçün mövcud tələblər barədə ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)





