Neft bazarları 3 mühüm məsələyə fokuslanıb
Neft bazarları Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına, ABŞ Mərkəzi Bankı Fed-dən veriləcək siqnallar və ABŞ - Çin arasındakı yüksək səviyyəli danışıqlara fokuslanıb.Neft qiymətləri, sərmayəçilərin qlobal tələbin vəziyyətinə dair siqnallar baxımından əhəmiyyət verdiyi Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatından əvvəl yüksəlir.
Marja xəbər verir ki, son 3 əməliyyat günündə 2%-ə çatan ucuzlaşma dayanıb. Bu gün Brent nefti 0,6% bahalaşaraq 68,79 dollara yüksəlib.
Neft bazarlarında Fed-in faiz yığıncağından veriləcək siqnallar da diqqətlə izləniləcək.
Bunlardan başqa, bazarlar, ABŞ xam neft ehtiyatlarına dair rəsmi məlumatları da izləyəcək.
Neft qiymətlərində son geriləmələrə baxmayaraq, ilin əvvəlindən bu yana qiymətlərdə OPEC+ ölkələrinin istehsal azaltmaları ilə 30%-dən çox artım qeyd edilib.
Neft bazarları ABŞ ilə Çin arasında Joe Bidenin vəzifəyə başlamasının ardından reallaşacaq ilk danışqlara da fokuslanıb.
İki tərəfdən rəsmilər ABŞ-da Alyaskada görüşəcəklər. Çin rəhbərliyi, ABŞ ilə əlaqələrin yenidən qurulmasını istəyir. Vaşinqton, Alyaskada keçiriləcək görüşlərin davam etməsinin Çinin mövqeyindəki yaxşılaşmaya bağlı olacağını bəyan edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
8 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
8 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















