Azərbaycandakı minatəmizləmə əməliyyatları üçün birləşmə
ANAMA və BMTİP Azərbaycandakı minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün qüvvələrini birləşdiriAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədinin imza tədbiri üçün bu gün bir araya gəlib.
ANAMA-dan Marja-ya daxil omuş BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP, ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.
Cənab Süleymanov bu layihənin vacibliyini vurğulayaraq gələcək əməkdaşlığa ümidli olduğunu bildirib.
Cənab Frakassetti, BMTİP-nin ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarına dair dəstəyini genişləndirəcəyini bildirib. Rezident nümayəndə nəticədə bu fəaliyyətin, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə kömək edəcəyini qeyd edib.
BMTİP, ANAMA-nı minatəmizləmə əməliyyatları ehtiyaclarının qiymətləndirilməsində dəstəkləyir, beynəlxalq təcrübəni paylaşır, fərdi qoruyucu vasitələr və mina təmizlənməsi avadanlıqlarının alınmasında Milli Agentliyə yardım edir.
Əlavə dəstək çərçivəsində minatəmizləmə sahələrinin prioritetləşdirilməsi, mina aşkarlanması üçün “istilik” xəritələrinin hazırlanması, eləcə də minatəmizləmə əməliyyat avadanlıqları və minaaxtaran itlərin alınması nəzərdə tutulur.
ANAMA 1999-cu ildə BMTİP-nin dəstəyi ilə təsis edilib. Son 20 il ərzində ANAMA və BMTİP Azərbaycanda 806.000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160.500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 21 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















