“PAŞA Həyat” 2020-ci ilin maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin audit olunmuş beynəlxalq maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, PAŞA Həyat yığımlarına görə bütün sığorta bazarında birinci yerdə məskunlaşıb. 2020-ci ilin nəticələrinə görə PAŞA Həyat 221 milyon manat sığorta haqları toplamış və 205 milyon manat sığorta ödənişi etmişdir. 2020-ci il də baş verən pandemiya və müharibə faktorlarına baxmayaraq PAŞA Həyat-ın yığım portfelində 16% artım müşahidə olunub.
Digər tərəfdən, 2019-cu illə müqayisədə xalis mənfəət 23% azalıb və 20 milyon manat təşkil edib. Buna bir səbəb də korporativ sosial məsuliyyət fəaliyyətinə sərf olunan büdcənin artması olub. Pandemiya və müharibə məsələlərində aktiv iştirak edən şirkət bir sıra təşəbbüslər irəli sürmüş və bir neçəsinə qoşulmuşdu. Bunlardan: YAŞAT, Koronavirusla Mübarizəyə Dəstək, Qarabağ Dirçəliş fondlarına yatırımlar, orduya və müharibədən ziyan çəkmiş təbəqələrə yardım, COVID-19 pandemiyasına qarşı mübarizə üçün Kubadan Azərbaycana həkimlərin gətirilməsində dəstək.
2020-cu ilin sonuna şirkətin məcmu kapitalı 61 milyon manat, məcmu öhdəlikləri isə 354 milyon manat təşkil edib.
Ən dayanıqlı şirkətlərdən olan PAŞA Həyat bu il də məcmu aktivlərin həcmini də eyni səviyyədə saxlamağa nail olmuşdu. Belə ki, məcmu aktivlərin həcmi 2020-ci ilin 31 dekabr tarixinə olan nəticəsi 416 milyon manat təşkil edib.
PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq Agile metodologiyanın tətbiqinə başlayıb.
"Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun bir neçə üsulu var. Ən yaxşısı - PAŞA Həyat-dır",- məlumatda deyilir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-ci il tarixinə şirkətin Nizamnamə kapitalı 40 milyon 250 min manat təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası” və digər fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)







.jpg)





