Honda Britaniya bazarından gedir - 3500 insan işsiz qalacaq
Yaponiyanın avtomobil nəhəngi CIVIC seriyalı hatchbacklar istehsal edən Svindondankı avtomobil zavodunu Panattoniyə satmağa razılaşıb.Honda Motors İngiltərənin cənubunda yerləşən və Böyük Britaniyada yeganə olan avtomobil zavodunu boşaltmaq və sənaye anbarları üzrə təchizatçı Panattoniyə satmaq barədə razılaşdığını bildirib.
Marja xəbər verir ki, hazırda Avropa bazarlarında böyük itki ilə üzləşən yapon nəhəngi Böyük Britaniyada illik istehsal edilən 1,5 milyon avtomobil sənayesinin 10 faizini təşkil edən zavodunu bağlayacağını hələ ilk dəfə 2019-cu ildə elan etmişdi.
Honda bu qərarını bir sıra qlobal sənaye şirkətlərinin etdiyi kimi - Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar deyil, avtomobillərini daha çox satmaq məqsədilə yeni bazarlara keçmək üçün verdiyini bildirib. Zavodun sökülüb Panattoniyə təhvil verilməsi gələn ilin yazına qədər tamamlanacaq.
Xatırladaq ki, daha öncə digər yapon sənaye nəhəngləri - Sony və Panasonic öz qərargahlarını Britaniyadan Avropa İttifaqına köçürmək qərarını veriblər, Hitachi isə Brexitdən sonra Böyük Britaniyada inşa edəcəyi atom elektrik stansiyası layihəsini dayandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























