Qlobal turizm sektoru canlanır - Airbnb, Vrbo, Hilton, Marriot və başqalarının səhmləri bahalaşıb
Onlayn hotel və ev rezervasiya saytlarında demək olar ki, boş yer yoxdur.Ötən il pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri olan qlobal turizm özünə gəlməyə başlayır.
Marja xəbər verir ki, ABŞ-da bu həftədən başlayan Pasxa tətilləri insanların başqa ştatlara və xarici ölkələrə səyahətlərini stimullaşdırıb.
Bütün dünyada şəxsi mənzillərin qısamüddətli icarə sistemi Airbnb-nin səhmləri ilin əvvəlindən 20%, onun əsas rəqibi Vrbo-nun sahibi, qlobal onlayn səyahət bələdçisi Expedia isə 30% bahalaşıb. Airbnb ötən il başlayan pandemiyadan etibarən onun sistemində qeydiyyatdan keçən mənzil sahiblərinin 1 milyard dollardan artıq gəlir əldə etdiyini açıqlayıb.
Canlanma otellər və aviaşirkətlərin də dəyərinə müsbət təsir göstərib.
Belə ki, ABŞ-ın ən böyük aviasiya kompaniyalarından United Airlines və Southwest 2021-ci ildə 30%-dən artıq, Hilton və Marriot otel şəbəkələri isə 10%-dən çox dəyər qazanıb.
ABŞ-da hazırda ən çox tələbat olan məkanlar Cənubi Meyn, Cersey sahilləri, Austin, şimali Arizona və əlbəttə ki, Florida çimərlikləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























