Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 9-nun yığımları azalıb, 1 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC) ötən ilin yanvar-fevral aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 2 ay ərzində 761 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Azsığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,582 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 100% azalıb. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “PAŞA Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 5,2% azalaraq 65,814 milyon manata düşüb.
8 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Xalq Həyat Sığorta” və “Naxçıvan Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkət 2 ay ərzində 24,324 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 783 min manat təşkil edib ki, bu da illik müqayisədə 11,8% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Xalq Sığorta" ASC-dədir. Bu şirkət 2 ay ərzində 3,155 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 9,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 77,2% azalaraq 23 min manata düşüb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)

