“Gunay Bank” ailəsi ağır itki verib
Bu gün 05.04.2021-ci il tarixində “Günay Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Sadıqov Günəl Fikrət oğlu 52 yaşında vəfat edib.
Bankdan Marja-ya verilən məlumata görə, G.Sadıqov yüksək idarəçilik, eyni zamanda peşəkarlıq qabiliyyətlləri olmuş və kollektivimizin dərin rəğbətini qazanmış dəyərli bir insan idi. Amalında olduğu kimi imanında, həmçinin dostluğunda son dərəcə məsuliyyətli və qayğıkeş biri idi.
O, ümumilikdə hər şeyə xoş bir özünəməxsusluqla yanaşdığı üçün, yanındakı hər bir insana motivasiya verməyi bacarırdı.
Günəl müəllimin dünyasını dəyişməsi öz ailəsində olduğu qədər, əməkdaşı olduğu “Günay Bank” ailəsində də çox ağır qəbul edilir.
Onun mehriban salamı, xoş ifadələri və gülərüz siması daim kollektivimizdə anılacaq, xatirəsi əziz tutulacaqdır.
“Günay Bank” rəhbərliyi və kollektivi Günəl Sadıqovun doğmalarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, ALLAHdan ona qəni-qəni rəhmət diləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
16 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
16 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























