Azərbaycan şərabları ilk dəfə Çinin ən nüfuzlu alkoqollu içkilər sərgisində
Azərbaycan şərabları Çində alkoqollu içkilər sahəsində ən nüfuzlu beynəlxalq sərgi hesab edilən Çin (Çendu) qida və içkilər sərgisində (CFDF) nümayiş etdirilir.
İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin 13 aparıcı şirkətinin şərab və digər alkoqollu içkiləri “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. Sərgi çərçivəsində Azərbaycanın rəqabətqabiliyyətli məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılır, potensial müştərilərlə görüşlər keçirilir.
Çendu sərgisi Çində ən uzun tarixə malik, ən böyük və ən nüfuzlu alkoqollu içkilər üzrə beynəlxalq tədbir hesab olunur. Sərgi şərab istehsalçıları, idxalçıları və distribüterləri üçün səmərəli ticarət platforması olmaqla, xüsusən xarici məhsulların Çində tanıdılması və satışının təşviqi üçün xüsusi əhəmiyyət daşıyır. Çin qida və içkilər sahəsində peşəkar sərgi olan CFDF 1955-ci ildən bəri ildə 2 dəfə (yaz və payız) keçirilir. Ümumi ekspozisiya sahəsi 100 min kvadratmetr olan və 3 min şirkətin məhsulunun nümayiş olunduğu budəfəki sərgini təxminən 150 min peşəkar alıcının ziyarət edəcəyi gözlənilir.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib ki, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların Çinə ixracının genişləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bura Çinin müxtəlif şəhərlərində Azərbaycanın ticarət evlərinin açılması, Çində təşkil olunan sərgilərdə iştirak, Çinin marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışının təşkili daxildir.
Ticarət nümayəndəsi deyib: “Çində təşkil olunan nüfuzlu sərgilərə mütəmadi iştirak Azərbaycan məhsullarının Çin bazarında təşviq mexanizmində vacib rol oynayır. Keçən il Çində 4 sərgidə Azərbaycan vahid ölkə stendi ilə iştirak edib. Bir çox ölkələr pandemiyanın iqtisadi fəaliyyətlərdə yaratdığı çətinliklər səbəbindən həmin sərgilərdə iştirakdan imtina etmişdilər. Biz isə əksinə, iştirakımızla heç bir çətinliyə baxmayaraq, Azərbaycan şirkətlərinin öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu və Çin bazarında maraqlı olduğunu göstərdik”.
T.Nadiroğu əlavə edib ki, il ərzində Azərbaycan daha bir neçə nüfuzlu sərgidə iştirak etməyi planlaşdırıb. Ticarət nümayəndəliyi ticarətin təşviqi, məhsullarımızın tanıdılması, satış kanallarının genişləndirilməsi, yeni tərəfdaşların tapılması və bazarın araşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Nümayəndəlik, həmçinin investisiyaların cəlb edilməsində, şirkətlərimizin Çində hüquq və mənafelərinin qorunmasında, ümumi olaraq iqtisadi əlaqələrin genişlənməsində fəal iştirak edir.
Azərtac
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq faiz xərcləri 73 milyon manatdan çoxdur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
-
3 saat əvvəl
Bu müəssisələrin dividend ödənişinin vergiyə cəlb edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
"SOCAR və "Özbəkneftqaz" neft emalı zavodu inşa edə bilər
AFB Bankdan yeni İnternet bankçılıq
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
Qısa ulduz nömrələri haradan almaq olar?
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
Ən çox oxunanlar
Vətəndaşlar bərbərxana, gözəllik və kosmetoloji xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər
Spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər










.jpg)











