Vergi orqanlarına işə qəbul üçün müsabiqənin təşkili və keçirilməsi qaydası dəyişib
Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqənin təşkili və keçirilməsi qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, ərizənin daxil olduğu gündən 10 müddətində müraciət edənin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndəriləcək. əvvəllər bu müddət bir ay nəzərdə tutulurdu.
Eyni zamanda Vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- tərcümeyi-hal;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
- ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
- əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- sağlamlıq haqqında arayış;
- narkoloji dispanserdən müayinə aktı və arayış;
- məhkumluğun olmaması barədə arayış;
- hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).
Fərmana əsasən, tərcümeyi-halı və kadrlar uçotunun şəxsi vərəqəsini müraciət edən şəxs özü əllə yazır və imzalayacaq. Müraciət edən şəxs tərcümeyi-halda və kadrlar uçotunun şəxsi vərəqəsində göstərilən məlumatların doğruluğuna görə cavabdehdir.
Namizəd aşağıdakı hallarda müsabiqəyə buraxılmır:
- bu Əsasnamədə göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
Ərizələri qəbul edilmiş namizədlər Mərkəzin internet portalında qeydiyyatdan keçir.
Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat veriləcək.
əvvəllər test imtahanını müvəffəqiyyətlə verən namizədlərə topladıqları ballar haqqında TQDK tərəfindən təsdiq edilmiş formada müvafiq arayış verilirdi. Namizədlərin tələbləri əsasında da test imtahanında topladığı bal barəsində 2 gün müddətində arayış verilirdi.
Fərmana edilən dəyişikliyə əsasən, test imtahanının nəticələri Xidmətə təqdim edildiyi gündən 14 iş günü müddətində müsahibənin keçirilmə vaxtı barədə Komissiya qərar qəbul edəcək. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə ən azı 5 gün əvvəl məlumat veriləcək. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.
Əvvəl müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə 2 gün əvvəlcədən məlumat verilirdi.
Həmçinin, hər bir namizədlə müsahibə fərdi qaydada aparılacaq. Müsahibə başa çatdıqdan sonra Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan onun barəsində fikir mübadiləsi aparılacaq.
Fərmana edilən dəyişikliyə görə, artıq müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 2, 3, 4 və 5 ballarından biri ilə qiymətləndiriləcək və sonra orta bal müəyyən ediləcək (Komissiyanın hər bir üzvünün verdiyi qiymətlər toplanacaq və müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünəcək). Müsahibənin nəticələri üzrə namizədin orta balı 3-dən çox olduqda, həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab ediləcək. Müsahibənin yekun nəticəsi protokolla rəsmiləşdiriləcək.
Əvvəllər müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 0 və 1 balları ilə də qiymətləndirilirdi.
Fərmana əsasən, müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə xarici dilləri və kompüterdən istifadəni mükəmməl bilənlərə üstünlük veriləcək.
Fərmana görə, artıq namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki il olacaq. Nazirlər Kabineti dövlət vergi orqanlarına işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















