Avropa İttifaqı ABŞ-a “tarif müharibəsi”ni müvəqqəti dayandırmağı təklif edib.
Milyardlarla dollarlıq idxal məhsullarına altı aylıq müddətə güzəşt nəzərdə tutulur.Avropa İttifaqının xarici ticarət komissarı Valdis Dombrovski ötən gün mətbuata açıqlamasında Bayden administrasiyasına ABŞ və Avropa İttifaqı arasında qarşılıqlı idxal əməliyyatlarında tətbiq olunan gömrük tariflərinin daha altı ay dondurulmasını təklif etdiklərini bildirib.
Marja xəbər verir ki, hələ ötən ay hər iki iqtisadi nəhəng ABŞ-a idxal olunan 7,5 milyard dollarlıq Avropa mallarına və Avropa İttifaqının idxal etdiyi 4 milyard dollar həcmində amerikan sənaye məhsullarına tətbiq edilən gömrük tariflərinin qarşılıqlı olaraq dörd ay müddətinə dayandırılması barədə razılığa gəlmişdi.
Rəsmi Brüsselin bu təklifi ABŞ hökumətlərinin ən böyük amerikan təyyarə istehsalçısı Boeing-ə, Avropa İttifaqının isə Airbus-a iri həcmli subsidiyalar verməsi səbəbindən tərəflər arasında 16 ildir davam edən çəkişmənin də həll olunması yolunda ilk addım ola bilər.
“Biz razılaşdırılmış həll yoluna nail olmaq üçün bütün qarşılıqlı tariflərin altı ay müddətinə dondurulmasını təklif edirik. Bu addım, okeanın hər iki tərəfindəki sənaye sahələri və işçilər üçün rahat nəfəs almağa imkan yarada bilər.” - Dombrovski bildirib. O, həmçinin ABŞ prezidenti Baydenin “Amerikan malları alın” təşəbbüsü əsasında təklif edilən və iri dövlət satınalmalarının müstəsna olaraq amerikan şirkətlərinə verilməsini hədəfləyən qanun layihələrini də diqqətlə izlədiklərini bildirib: “Bizim məqsədimiz bütün dünyada mümkün qədər açıq olan satınalma bazarlarında Avropa şirkətlərinin maksimum iştirakını təmin etməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























