Ulduz Şokolad Fabriki dünyanın ən çətin yoxlama sisteminin sertifikatını aldı
(®️) Artıq 20 yaşını qeyd edən Ulduz Şokolad Fabriki növbəti uğura imza atıb. Belə ki, fabrik aparıcı beynəlxalq standart olan Britaniya Pərakəndə Konsorsiumundan növbəti sertifikat qazanıb.
Hələ illər əvvəl ölkədə ilk dəfə BRC sertfikatını almış fabrik bu dəfə qurumun ən yüksək pilləsi olan A dərəcəli sertfikatını qazanmağı bacarıb.
Xüsusi qeyd olunmalıdır ki, dünyanın ən çətin yoxlama sistemi olan BRC-nin ən yüksək dərəcəli A sertfikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir: qida təhlükəsizliyi, məhsulların yüksək keyfiyyəti və müəssisədəki bütün prosedurların Avropa Birliyi standartlarına uyğunluğu. İllərlə keyfiyyətli məhsul istehsalını təmin edən Ulduz Şokolad Fabriki də bu sertifikatı almaqla, yuxarıdakı şərtləri ödədiyini bir daha sübut etmiş olur.
Beynəlxalq Qida Təhlükəsizliyini əhatə edən bu sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, fabrikin xaricdəki partnyorlar və müştərilər arasındakı güvən və qida təhlükəsizliyi üzrə etibarı təmin edərək, ixracatı təşviq edir.
Qeyd edək ki, 2001-ci ildə yaradılan Ulduz Şokolad Fabriki bu gün ölkənin keyfiyyət, çeşid və texnologiya baxımından aparıcı milli brendi olmaqla yanaşı, həm də 20-dən çox xarici ölkəyə məhsul ixrac edərək “Made in Azerbaijan” brendinin xaricdə tanınmasını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























