Sahibkarların elektrik şəbəkəsinə qoşulması asanlaşdı
Azərbaycan Respublikası Prezidentinin 4 Aprel 2017-ci il tarixli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq olunub.
Bu qaydaları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ramil Hüseyn bildirib ki, sahibkarların elektrik enerjisi şəbəkələrinə daha rahat qoşulması üçün prosedura və tələblərin müəyyənləşdirilməsi sözügedən subyektlərin fəaliyyətini asanlaşdıracaq: “Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yer alan tədbirlərdən biri kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlı idi. Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. Cənab Prezident tərəfindən imzalanan Fərman sahibkarların elektrik enerjisini daha rahat əlçatanlığı təmin etməklə yanaşı Strateji Yol Xəritəsinin qeyd edilən tədbirinin reallaşmasına xidmət edir. Belə ki, Fərmanda aydın şəkildə sahibkarın tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulmasını üç mərhələ olmaqla 24 gündən gec olmayaraq təmin olunması əksini tapmışdır. Fərmanın əsas özəlliklərindən biri qeyd olunan tələblərə uyğun texniki sənədin ASAN Kommunal mərkəzlərində verilməsidir. Birinci mərhələ mahiyyət etibarı ilə sahibkarın müraciəti əsasında mərkəz tərəfindən texniki şərtlərin və layihə smeta sənədlərinin hazırlanaraq sifarişçiyə təqdim edilməsi, ikinci mərhələ layihə smeta sənədlərinin dəyərini ödəməklə, tikinti quraşdırma işlərinin aparılması, o cümlədən tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə fiziki qoşulmasını özündə ehtiva edir. Sonuncu mərhələ isə hazır tikinti obyektinə elektrik enerjisinin verilməsindən ibarətdir”.
Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunan müvafiq sənədlərə toxunan R.Hüseyn “Dövlət başçısının Fərmanında xüsusi olaraq vurğulanıb ki, Fərmanda nəzərdə tutulmayan məlumatlar və sənədləri sahibkarlardan tələb edilə bilməz. Habelə, enerji təchizatı müəssisəsi sahibkarların kommunal mərkəzlərlə verdikləri məlumatı qeydiyyata alır və hər hansı çatışmazlıq olduğu halda dərhal sahibkara məlumat verilir. Bundan əlavə sahibkarların fəaliyyətini asanlaşdıran daha bir məsələ qeyd olunan bütün prosedurların elektron qaydada yerinə yetirilməsinin mümkün olmasıdır. Sahibkarlar tələb olunan sənədləri elektron formada göndərə, o cümlədən digər prosedur və ya mərhələləri elektron qaydada həyata keçirə bilər”, - deyib.
İİTKM-nin eksperti aparılan islahatın Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyinə təsir edə biləcəyi qənaətindədir: “Beynəlxalq hesabatlarda, xüsusilə “Doing Business” hesabatında sahibkarların elektrik enerjisinə əlçatanlığı ilə bağlı ayrıca indikator mövcuddur. İndikator ölkədə elektrik enerjisinə qoşulmaya sərf olunan zaman, tələb olunan sənəd və çəkilən xərcə uyğun olaraq ölkənin mövqeyini formalaşdırır. Sözügedən sahə ilə bağlı aparılan son islahat ölkəmizin mövqeyinə müsbət təsir edəcəyi gözlənilir”.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























