Qısa müddətə vəsait cəlb etməyin yolu- Repo/əks repo
Öncəki məqalələrimizdə də qeyd etdiyimiz kimi, vəsait cəlb etmək istəyən şirkətlər asanlıqla qiymətli kağızlar bazarından borc vəsait və ya əlavə kapital cəlb edə bilərlər. Çünki qiymətli kağızlar bazarı şirkətlərin vəsait cəlb edə bilməsi üçün bir neçə imkanlar təqdim edir və onlardan biri də Repo/əks repo adlanır.
Ümumilikdə isə birjada Repo/əks repo anlayışını sadə dillə desək, aşağıdakı şəkildə başa düşmək olar:
Repo: qiymətli kağızların müəyyən müddətin tamamında geri alınması şərtilə satılmasıdır.
Misal üçün fərz edək ki, sizə qısa müddətlik müəyyən həcmdə vəsait lazımdır və həmçinin siz lazımi həcmdə qiymətli kağızlara maliksiniz. Lakin Siz müəyyən qısa müddətdən sonra digər mənbədən vəsait cəlb edəcəyinizi bildiyiniz üçün və yaxud digər səbəblərdən həmin qiymətli kağızlarınızı birdəfəlik satmaq istəmirsiniz.
Bəs sahib olduğunuz qiymətli kağızlara sahiblik hüququnu itirmədən, onları satmadan lazımi həcmdə vəsaiti necə cəlb edəcəksiniz?
Əlbəttə ki, siz bankdan kredit də götürə bilərsiniz. Lakin qiymətli kağızlar bazarı Sizə daha əlverişli və qısa zamanda reallaşan Repo əməliyyatlarından yararlanmağı təklif edir. Repo-nun üstünlüklərindən yararlanmaq üçün isə sadəcə hər hansı bir İnvestisiya şirkətinə müraciət edərək sifarişinizi bildirməyiniz kifayətdir.
Ümumilikdə isə Repo əməliyyatları iki fazadan ibarətdir:
-Repo açılış əqdi
-Repo bağlanış əqdi
Birinci fazada vəsait cəlb etmək istəyən tərəf Repo satıcısı adlanır və bir növ sahib olduğu qiymətli kağızları “girov” qoymaqla qarşı tərəfdən, yəni Repo alıcısından borc pul götürür. Milli Depozit Mərkəzi (MDM) isə müvafiq qiymətli kağızları repo satıcısının hesabında repo müddətinin sonuna kimi dondurur.
İkinci fazada isə əvvəlcədən müəyyənləşdirilmiş müddətin tamamında həmin məbləğ və əvvəlcədən razılaşdırılmış faiz dərəcəsi üzrə hesablanmış vəsait Repo satıcısı tərəfindən Repo alıcısına ödənilməlidir. Müddətin tamamında repo satıcısı bütün öhdəliklərini yerinə yetirdiyi təqdirdə, müvafiq qiymətli kağızlar “girovluqdan azad edilir” və yenidən repo satıcısının sərəncamında olur. Əks təqdirdə isə müvafiq qiymətli kağızlar MDM tərəfindən birjada satılır və repo satıcısının bütün öhdəlikləri ödənilir.
Bu əməliyyatlardan əsasən Mərkəzi Banklar və Kommersiya bankları istifadə edir. Lakin mövcud qanunvericiliyə görə Dövlət və marketmeykeri olan qiymətli kağızlara malik istənilən şəxslər bu imkanlardan yararlana bilərlər. Qeyd edək ki, repo müddəti (açılış və bağlanış əqdləri arasındakı müddət) adətən maksimum 1 aylıq olur.
Repo əməliyyatlarının üstünlükləri:
Son olaraq, Repo əməliyyatlarının üstünlüklərini cəmləşdirərək onları aşağıdakı kimi qeyd edə bilərik:
-Qiymətli kağızlara sahiblik hüququnu itirmədən vəsait cəlbi
-Vaxta qənaət
-Xərclərə qənaət
-Zəmanətlilik
-Vəsaitin tək banklardan deyil, müxtəlif mənbələrdən cəlb edilə bilməsi
Qısa müddətə vəsait cəlbi imkanları barədə daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə, və yaxud Assosiasiyamıza müraciət etməklə də əldə edə bilərsiniz.
Məqalə Marja.az saytı üçün “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi tərəfinən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
7 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
9 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır














.jpg)











.jpg)


