Çin ilə ABŞ arasında ticarətin həcmi kəskin artıb
Çin ilə ABŞ arasında ticarətin həcmi yanvar-aprel aylarında 61,8% artaraq 221,65 milyard dollara çatıb.2021-ci ilin ilk dörd ayında Çin ilə ABŞ arasındakı ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 61,8% artaraq 221 milyard 650 milyon dollara çatıb.
Marja xəbər verir ki, bu barədə cümə günü Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumatlara görə, Çin Xalq Respublikasının (ÇXR) ABŞ-a ixracı 60,8% artaraq 161 milyard 167 milyon dollara çatıb. Amerika məhsullarının idxalı isə 64,7% artaraq 60 milyard 483 milyon dollar təşkil edib.
Yalnız aprel ayında iki ölkə arasındakı ticarət 55 milyard 992 milyon dollar təşkil edib.
ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, 2020-ci ildə Çin ilə ABŞ arasındakı ticarət həcmi 8,3% artaraq 586,72 milyard dollara çatıb. Pekinin profisiti 7% artaraq 316.9 milyard dollar təşkil edib.
Cümə axşamı, "South China Morning Post" qəzeti mənbələrə istinad edərək, Pekin və Vaşinqton nümayəndələrinin yaxın zamanda Çin ilə ABŞ arasında ticarət razılaşmasının ilk mərhələsinin həyata keçirilməsini müzakirə etmək üçün bir toplantı keçirəcəklərini bildirib. Dünyanın iki böyük iqtisadiyyatı ticarət sövdələşməsinin ilk mərhələsini - 2020-ci ilin yanvarında imzalanan və bir ay sonra qüvvəyə minən iki illik müqaviləni sonuncu dəfə avqustda müzakirə edib. Razılaşmada, Çin, Vaşinqtonun ÇXR-ə tətbiq etdiyi tarifələri ləğv etməsi qarşılığında iki il ərzində ABŞ-dan idxalı ən azı 200 milyard dollar artırmağı qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)





.jpg)





