Ən yuxarı (mobil)_30

“Atrabank”ın kreditorlarının bir qismi məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atrabank”ın kreditorlarının bir qismi məlum olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğvetmə prosesində olan “Atrabank” ASC-nin kreditorlarının bir qismi məlum olub.

 

Bu, “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Bank” və “PAŞA Həyat Sığorta” ASC-lər, ləğvetmə prosesində olan “Azərqarant” ASC, Müdafiə Sənayesi Nazirliyinə məxsus Elektron Hesablayıcı Maşınlar Zavodu və “Sənayecihaz” Elmi-İstehsalat Birliyidir.

 

Bundan başqa, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, onun iki oğlu – Samir və Seymur Səfərlilər də “Atrabank”ın kreditorları arasındadır.

 

Qeyd edək ki, bu gün “Atrabank”da yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktorunun müşaviri Elşən Kərimov aparır.

 

©Report

 

12.05.2017 13:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18