"Azər Türk Bank"ın ödəniş kartları ilə əməliyyatların sayı artıb
Azər Türk Bank mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, cari ilin birinci rübü ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 185 minə yaxın əməliyyat həyata keçirmişlər.
Kartla əməliyyatların dövriyyəsi 31,5 milyon manat olmuşdur.
Bu göstəricilər, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% çoxdur.
MasterCard və VISA beynəlxalq ödəniş sistemlərinin üzvü olan Azər Türk Bank plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda dövriyyədə Banka məxsus 33 min aktiv plastik kart vardır ki, bu da 2016 –cı ilin ilk rübünün nəticələrinə nisbətən 34 faiz çoxdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























