Avropa birjalarından bugünkü gözləntilər
Avrozonanın ÜDM rəqəmləri, həmçinin Engie, Vodafone və digər nəhənglərin gəlirləri açıqlanacaq.Həftənin ikinci iş günündə Avropa bazarlarında müsbət dinamika gözlənilir.
Marja xəbər verir ki, qlobal birjaların həftəyə “bulanıq” əhval-ruhiyyədə başlamasına baxmayaraq, bugünkü göstəricilər daha optimist olmalıdır. Avropa İttifaqında bəzi iqtisadi göstəricilərin, eləcə də bir sıra nəhəng şirkətlərin nəticələrinin açıqlanması nikbinliyə əsas verir.
Böyük Britaniyanın ən iri forex şirkəti və analitiki IG-nin proqnozuna görə, Almaniyanın DAX birjasının 80 bənd artaraq, günə 15,487 göstərici ilə, Londonun FTSE indeksinin 51 bənd yüksələrək, 7,087 göstəricisi, Fransanın CAC40 indeksinin 39 bənd yuxarı - 6,403 və İtaliyanın FTSE MIB indeksinin 224 bənd yüksəlməklə 24,845 göstəricisi ilə başlayacağı ehtimal olunur.
Bugün Avrozonanın cari ilin birinci rübü üzrə ÜDM artım göstəriciləri, həmin dövr üzrə məşğulluq rəqəmləri və Britaniyada mart ayı üzrə işsizliyə dair statistika da açıqlanması gözlənilən məlumatlar sırasındadır. Həmçinin Fransanın enerji nəhəngi Engie, Böyük Britaniyanın mobil rabitə şirkəti Vodafone, ev təmiri və dizayn xidmətləri göstərən Homeserve və dünyanın dördüncü ən iri siqaret şirkəti Imperial Brands da rüblük nəticələri açıqlayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 18 d. əvvəl
- 37 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)









.jpg)






