Azərbaycanla Rusiya gömrük xidməti rəhbərlərinin görüşü olub
Moskvada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin arasında görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində baş tutub.
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən gömrük sahəsində qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. V.Bulavin Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini, xüsusilə son aylar bu sahədə əldə edilən uğurları, eləcə də Kinoloji Mərkəzin fəaliyyətini yüksək dəyərləndirib.
Federal Gömrük Xidmətinin rəhbəri Rusiya-Azərbaycan sərhədində, Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlıqların aradan qaldırılması üçün artıq yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və iki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiya Federasiyasının xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Görüşdə gömrük nəzarəti nəticələrinin elektron formada qarşılıqlı tanınmasına dair protokolun tətbiqi, Yaraq-Qazmalar və Samur buraxılış məntəqələrində mövsümi xarakterli növbələrin aradan qaldırılması, yenidənqurma işlərindən sonra Tahirkənd-Qazmalar və Xanoba buraxılış məntəqələrinin fəaliyyətinin sinxronlaşdırılması, yük axınının Yaraq-Qazmalar-Samur avtomobil buraxılış məntəqəsindən Dərbənd-Yalama dəmiryolu məntəqəsinə paylanması məsələlərinə baxılıb.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması barədə də müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
50 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
54 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir






















