Çin xəbərdarlıq etdi - dəmir qiymətləri düşdü
Mayın əvvəlində rekord həddə çatan dəmir filizi qiymətləri təkcə bugün 7% ucuzlaşıb.Qlobal miqyasda ən iri dəmir filizi istehsalçılarındna olan Çin son aylarda dəmir qiymətlərində kəskin artım və inflyasiyaya ciddi təsir riski qarşısında hərəkətə keçib.
Marja xəbər verir ki, ölkənin əsas iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyası bugün iri yerli metal istehsalçıları ilə görüşdən sonra yaydığı açıqlamasında inhisarçıların həddən artıq spekulyasiya və xammalı anbarlarda gizlətməklə qiymətləri süni qaldırmaq cəhdlərinə qarşı ciddi mübarizə aparacağını bildirib.
Birjalar bu açıqlamaya dərhal reaksiya verib. Çində sənayenin ən vacib materiallarından olan dəmir filizi Dalian indeksində 7% ucuzlaşaraq, bir tona görə 163 dollar təşkil edib. Bu isə may ayının əvvəlində rekord dərəcədə bahalaşaraq (226 dollar/ton), sonradan 25%-ə qədər dəyər itirən dəmir filizinin qiymətində növbəti azalma dalğasıdır. Alüminiumun iyul ayı üzrə fyuçers qiymətləri də Şanxay birjasında 3% ucuzlaşıb.
Çin qlobal əmtəə istehlakında liderdir və xammal qiymətlərinin artması dünyanın ən iri iqtisadiyyatlarından birində inflyasiyaya dərhal təsir edir. Ötən həftə dövlət televiziyası CCTV baş nazir Li Keqiangın rəhbərliyi altında keçirilən hökumət toplantısında əmtəə qiymətlərində bahalaşmanın istehlak mallarına təsir etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair bir sıra tapşırıqlar qoyulduğunu xəbər verib. Dəmir istehsalının hazırkı rekord səviyyəsinin azaldılması ilə xammala tələbatı minimuma endirmək də əsas hədəflərdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)








