Dünyanın ən iri qida şirkətindən pis sürpriz!
Məhsulların 60%-i sağlam qida standartına uyğun deyil - şirkətdaxili sənədDünyanın ən iri ərzaq və qida şirkəti, Nespresso, Nescafe, Kit Kat, Nesquik, Vittel, Maggie və onlarla məşhur brendin sahibi Nestle şirkətinə aid maraqlı detallar üzə çıxıb.
Marja Financial Times-a istinadla xəbər verir ki, şirkətdaxili araşdırma gündəlik həyatımızda istifadə olunan yüzlərlə məhsulun, o cümlədən ərzaq və içkilərin 60%-nin “qəbul edilən sağlamlıq standartı”ndan aşağı olduğunu aşkar edib. “Bizim innovasiyanı getdikcə artırmağımıza baxmayaraq, bəzi məhsullar heç zaman sağlam qida ola bilməyəcək” - şirkətin daxili təqdimatında bildirilir.
Nestle-nin yüksək vəzifəli rəsmiləri üçün tərtib olunan təqdimatda heyvan qidaları və xüsusi tibbi əsaslı qidalar istisna olmaqla, qalan məhsulların cəmi 37%-inin Avstraliya və digər ölkələrdə tərtib olunan 5 ulduzluq “sağlamlıq keyfiyyəti”sisteminə görə 3,5 ulduzdan yuxarı olduğu bildirilib. Həmin şkalada təmiz kofe istisna olmaqla Nestlenin içkilərinin 96%-i, şirniyyat və dondurma məhsullarının isə 99%-i standartdan xeyli aşağıdır.
Su və süd məhsulları daha yaxşı nəticə göstərib. Belə ki, qablaşdırılmış suların 82%-i, süd məhsullarının isə 60%-i standarta cavab verir. Uşaq yeməkləri, heyvanlar üçün qidalar, elmi əsaslı və xüsusi tibbi qida bölməsi araşdırmaya daxil edilməyib. Nəticədə, standarta cavab verməyən məhsullar Nestlenin 92,6 milyard İsveçrə frankı (103 milyard dollar) həcmində illik satışının yarısını təşkil edir.
Şirkətin baş direktoru Mark Şnayder daha öncə “müştərilərin daha sağlam qida tələbinin haqlı olduğunu” bildirmiş, lakin Nestle məhsullarının standartlara cavab vermədiyini qətiyyətlə rədd etmişdi. Yeni araşdırma isə əksini üzə çıxarır. Misal üçün, təkcə DiGiorno kruassant pizzasının bir dilimində gündəlik duz normasının 40%-i mövcuddur, San Pellegrino içkisinin 100 ml-i özündə 7 qramdan artıq şəkər ehtiva edərək, “E”, yəni ən pis nəticə alıb. Uşaqların sevimlisi, çiyələk ətirli Nesquik-in 14 qramlıq qaşığında 14 qram şəkər mövcuddur.
Qida nəhəngi hələlik xəbərlə bağlı rəsmi açıqlama verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
4 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
4 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
8 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
9 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























