"İranın ən böyük ortağımız olması bizim üçün çox mühümdür"
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib və bu ölkənin neft naziri Bijan Namdar Zangane ilə görüşüb.
Səfərdə Şahin Mustafayevi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və işçi heyəti də müşayət edib.
"Əlaqələrimiz son illərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə inkişaf edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və İran arasında əlaqələrin inkişafı və İranın müxtəlif sahələrdə ən böyük ortağımız olması bizim üçün çox mühümdür", - Ş. Mustafayev bildirib.
İki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edən Baş nazirinin müavini: “'Bu sahələrdən biri neft və qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır. Bundan başqa uzunmüddətli ortaq qaz əməkdaşlığımız var və 2004-cü ildən bəri Naxçıvannın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk”
“İran-Azərbaycan münasibətləri son illərdə bütün sahələrdə inkişaf edir və Xəzər dənizindəki ortaq sahələrin inkişaf etdirilməsində neft, təbii qaz və enerji sektorunda zirvəyə çıxdı”.
“İran və Azərbaycan arasında əlaqələr bütün sahələrdə strateji səviyyəyə yüksəlib”.
Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib.
M.Vaezi iki ölkə arasında əlaqələrin hər gün möhkəmlənməsinin Azərbaycan və İran xalqlarının xeyirinə olduğunu vurğulayaraq müştərək layihələrin, xüsusilə enerji və nəqliyyat sahəsində layihələrin icrasının tezləşdiirlməsinin zəruriliyini vurğulayıb.
M.Vaezi Azərbaycan və İran arasında mədəni, tarixi və mili bağlılıqları iki ölkənin münasibətlərinin inkişafında təkanverici amil kimi dəyərləndirib və qeyd edib ki, bu gün bu əlaqələr prezidentlərin iradəsi ilə bütün sahələrdə strateji səviyyəyə yüksəlib: "İran İslam Respublikası bütün həssas şəraitdə və müxtəlif vaxtlarda Azərabycan xalqı və dövlətinin yanında olub. İki ölkə arasında möhkəm əlaqələr mövcduddur və bütün sahələrdə münasibətlər genişləndirilir".
Şahin Mustafayev İranla münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu deyib: "İki ölkə arasında əlaqələr son illər ən yüksək səviyyədə qurulub, bu sahədə prezidentlərin siyasi iradəsi çox təsiredici rol oyanayıb”.
O qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, kənd təssərüfatı, sənaye, turizm sahələrində geniş potensial mövcuddur: "Qərara almışıq ki, bu potensialı daha da aktivləşdirək. Koronavirus hələ də iki ölkənin ticarət əlaqələrində maneə yaradır. Lakin buna baxmayraq, ik ölkə arasında əlaqələr 27 faiz artıb. Bu müddətdə bir gün belə iki ölkə arasında tranzit dayandırılmayıb”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
50 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
54 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir






















