"L'Oreal" casusluğa görə cərimələnib
Parisin Ticarət Məhkəməsi dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan Fransanın "L'Oreal" şirkətini casusluq etdiyinə görə 370 min avro məbləğində cərimələyib.
Zərərçəkən tərəf bir neçə yüz gözəllik institutunun daxil olduğu "Guinot" şirkəti olub. Şirkət 13,5 mln. avro məbləğində təzminat tələb edirdi.
Məhkəmə "L'Oreal"ı "Guinot" tərəfindən hazırlanmış texnologiya və texnikanı mənimsəməsində təqsirli bilib. İstintaq zamanı məlum olub ki, "L'Oreal" insanları müfəttiş adı altında "Guinot" şirkətinin gözəllik institutlarına göndərib. Onlar "Guinot" müəssisələrində işləmə metodlarını öyrənib, halbuki sözügedən metodlar ticarət sirri hesab olunur. Bununla belə, məhkəmə "Guinot"ya dəyən maddi ziyanın iddiada göstəriləndən xeyli az olduğunu qərara alıb və təzminatın məbləğini azaldıb. Məhkəməyə görə, "L'Oreal"in qanunsuz hərəkətləri "Guinot"nun xaricdə, ilk növbədə, ABŞ-dakı fəaliyyət planlarına mənfi təsir edib.
©️ APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
14 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)



.jpg)




