Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib
Bülletenlərin 95,8%-i sayılıb, Paşinyan qalib gəlirErmənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.
Marja xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.
MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.
“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.
“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.
XXX
Paşinyan seçkilərdə qələbəsini elan edib.
Onun gecə tərəfdarları qarşısında çıxışdan qısaca:
▪️Parlament seçkilərində qalib gəlmək ictimai və milli konsolidasiyanı bərpa edəcəkdir.
▪️ Ermənistan xalqı üç ildə ikinci inqilab etdi. Bu dəfə "məxmər" əvəzinə "polad" inqilab. Bütün razılaşmalar yerinə yetiriləcəkdir.
▪️Seçki saxtakarlığı səhifəsi həmişəlik bağlıdır.
▪️Növbəti günlərdə siyasi və ictimai həyatın fikirlərini başa düşmək üçün bütün sağlam siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacaq.
▪️ "Vətəndaş müqaviləsi" Parlamentdə mübahisəsiz səs çoxluğuna sahib olacaq. Konkret neçə faiz olacağı bu gün səhər bəlli olacaq.
▪️Polis asayişin qorunmasında, ictimai və dövlət təhlükəsizliyində yüksək peşəkarlıq göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









