Azərbaycanda yeni ödəniş sistemi yaradılıb - PayRiff
Onlayn ödənişləri asanlaşdıran PayRiff(®️) Ölkəmizdə son illərdə baş verən yeniliklər ödəniş sistemlərindən də yan keçmir. Nəğdsiz ödəniş mühitinin genişləndirilməsi və nağd dövriyyənin həcminin azaldılması məqsədilə yeni ödəniş sistemi yaradılıb.
PayRiff - onlayn bizneslər üçün asan və kompleks inteqrasiya imkanları olan rəqəmsal ödəmə həllidir. Əsasən elektron kommersiya ilə məşğul olan bizneslər üçün əlverişli olsa da, eyni zamanda xidmət müqabilində ödəniş alan fərdi sahibkarlar üçün də həllər təklif edir.
Müştərilərə keyfiyyətli xidmətlər təklif edə bilmək üçün yerli banklarla əməkdaşlıq edərək onların tələblərinə cavab verməyə çalışan şirkət, əməliyyatların tranzit hesabdan keçirilərək birbaşa partnyorun qeydiyyatda olan kartına köçürülməsi (account credit əməliyyatı) imkanı, əməliyyatın blokda saxlanılması və daha sonra (tərəflərin təsdiqindən sonra) silinməsi imkanı, Card save funksionallığı, Online monitoring sistemi, Reverse/refund funksionallığı, bazar tələbinə uyğun dəyişkən faizlər, rahat inteqrasiya, hazır qoşulma alətlərinin təqdim edilməsi, invoys göndərilməsi, təkrarlanan əməliyyatlar (recurring) aparılması və s. kimi xidmətləri də müştərilərə təqdim edir.
PayRiff müştərilərə istifadəçi panelində əməliyyatları onlayn izləmək və köçürmələri 3D Secure və PCI-DSS tələblərinə uyğun olaraq həyata keçirə bilməklərinə kömək edir. Kart məlumatlarının saxlanılması və ötürülməsi banklara aid olan serverlərdə saxlandığı üçün ödənişlərin təhlükəsizliyinə də bu qurumlar tərəfindən zəmanət verilir.
Eyni zamanda, onlayn qeydiyyatdan keçərək, asan imza vasitəsilə onlayn müqavilənin bağlanması və partnyorların xidmətə dərhal başlaya bilməsi imkanları da mövcuddur.
Əsas məqsədi innovativ və sürətli xidmət təqdim etmək, proseslərin sürətlənməsinə nail olmaqdır. Belə ki, müştərilər heç yerə getmədən və sənədləri heç hara göndərmədən, qeydiyyatdan keçib hesab yarada və anlıq inteqrasiya edərək, müqavilə imzalayıb, ödənişlərini qəbul edə bilərlər.
Sistem, Visa və Mastercard kimi beynəlxalq ödəniş sistemlərinin dəstəklədiyi xarici kartlardan ödənişi qəbul edir.
Şirkət müştərilərinə gələcəkdə daha çox funksionallıqlar təklif etməyi və xarici bazarlarda da fəaliyyət göstərməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
-
50 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir




















.jpg)




