Ənənəvi bank kartlarının sonu gəlir - Visa-dan 2 milyard dollarlıq yeni həmlə
Qlobal ödəniş nəhəngi yeni fintech şirkəti alır...Bank kartları ilə ödəniş sistemlərində dünya lideri, qlobal miqyasda kart əməliyyatlarının az qala 50%-ni emal edən Vısa Inc. İsveçin fintech şirkəti olan Tink-i satın alır.
Marja Financial Times-a istinadla xəbər verir ki, sövdələşmənin dəyəri 1,8 milyard avro (2,14 milyard dollar) təşkil edir.
Tink Visa kimi şirkətlərin təklif etdiyi ənənəvi kart ödəniş şəbəkələrindən yan keçməklə, üçüncü tərəflərin müştərilərlə birbaşa maliyyə hesablaşmaları və ödəniş aparmasına imkan verən texnologiya hazırlayıb. Bu texnologiya hazırda geniş müzakirə olunan açıq bankçılıq (open banking) sisteminin tərkib hissəsidir.
Görünür, Visa yeni fintech şirkətini satın almaqla həm bu sistemin əsas iştirakçısına çevrilmək, həm də ənənəvi kart ödəniş şəbəkəsini bu sistemə uyunlaşdırmaqla gəlir itkisindən özünü sığortalamaq fikrindədir. Hazırda Visanın təklif etdiyi kart ödəniş sistemi dünyanın 200-dən çox ölkəsində qəbul olunub. Analoji xidmət sistemləri MasterCard, American Express və başqalarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
52 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
12 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?





























