Dünyanın ən böyük radio teleskopunun inşasına başlanılır
Uzaq planetlərdə həyat izi və başqa sivilizasiyaları da axtaracaq....Gələn aydan Cənubi Afrika və Avstraliyada planetin ən iri radio teleskopunun inşasına başlanacaq.
Marja Financial Times-a istinadla xəbər verir ki, 2 milyard avroluq (2,4 milyard dollar) nəhəng layihədə Cənubi Afrika, Avstraliya, Böyük Britaniya, Çin, İtaliya, Niderland və Portuqaliya birgə çalışır.
Cənubi Afrikanın quraq Karoo bölgəsində 200 ədəd nəhəng “boşqab” tipli antenna və Qərbi Avstraliya boyunca yayılmış 130 min ədəd kiçik Yeni il ağacına bənzər antennadan ibarət olan SKA (Square Kilometer Array) rəsədxanası indiki teleskoplardan 10 dəfə güclü olacaq. Astronomlar onun köməyi ilə tədqiqatlar apararaq, qalaktikaların formalaşmasını araşdıracaq və uzaq planetlərdə biokimyəvi həyat izini axtaracaqlar.
Layihənin 2029-cu ildə tam istifadəyə verilməsi gözlənilir.
İlk dəfə olaraq, astronomlar başqa planetlərdən yayılan radio dalğaları aşkar edib təhlilini apara biləcək. Bu isə Yer kürəsindən başqa da texnoloji aktiv olan sivilizasiyaları aşkar etmə şansı yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
52 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
12 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?






























