“Azərlotereya”nın xalis mənfəəti 2% artıb
İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC 2020-ci ili 5 milyon 721 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 2% çoxdur.
Ötən il “Azərlotereya”nın əsas əməliyyat (satışdan) gəlirləri 18 milyon 391 min manat (əvvəlki ilə nisbətən 11,5% az), satışının maya dəyəri 11 milyon 818 min manat (17,55% az), sair əməliyyat gəlirləri 259 min manat (11% az), maliyyə gəlirləri 321 min manat (22,05% çox), mənfəət vergisi ödəmələri isə 1,43 milyon manat (2% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərlotereya”nın aktivləri 12 milyon 659 min manat olub ki, bu da illik müqayisədə 23,8% azdır. Hesabat dövründə 55,35% azalaraq 3 milyon 815 min manata düşüb, balans kapitalı isə 9,6% artaraq 8 milyon 843 min manata çatıb.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
33 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)







.jpg)








